Azərbaycanda dövlət rabitə müəssisələrinin özəlləşdirilməsi üzrə təklif hazırlanır

Azərbaycanda dövlət rabitə müəssisələrinin özəlləşdirilməsi üzrə təklif hazırlanır
11:43 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dövlət rabitə müəssisələrinin özəlləşdirilməsi haqqında təklif hazırlayıb. Trend xəbər verir ki, bu barədə şənbə günü jurnalistlərə Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

Nazirin sözlərinə görə, bu məqsədlə nazirlik tərəfindən bir sıra konsaltinq şirkətləri cəlb edilib. Onların başlıca vəzifəsi tövsiyələr hazırlamaq və operatorların qiymətləndirilməsi üzrə işlər görmək idi.

Ə.Abbasov deyib ki, bu işlərin hamısı başa çatıb: "Özəlləşdirmə məsələləri üzrə fəaliyyət nazirliyin bu il görəcəyi ən mühüm işlərdən biridir. Bu gün başlıca məsələ dövlət rabitə müəssisələrinin özəlləşdirilməsi deyil, özəlləşdirməyə qədər sağlamlaşdırılmasıdır, yəni onların yeni struktura, daha dəqiqi, səhmdar cəmiyyətə çevrilməsidir. Və bütün bu məsələlər bu il həll olunacaq".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2354335.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR