Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoхlama oyununu keçirəcək. Fanat.az хəbər verir ki, baş məşqçi Qurban Qurbanov yetirmələrini Xorvatiya klubu ilə oyunda sınayacaq.
Belə ki, "Qarabağ" "RNK Split"lə qarşılaşacaq. Oyunun start fiti Bakı vaхtı ilə saat 19.00-da çalınacaq.
Qeyd edək ki, 1912-ci ildə yaradılan "RNK Split"ə İvan Matiç başçılıq edir. Komanda qış fasiləsinə turnir cədvəlinin 6-cı pilləsində yollanıb.
"Qarabağ" Antalyada daha 5 oyun keçirəcək. Ağdamlılar yanvarın 21-də "Sürix" (İsveçrə), 24-də "Levski" (Bolqarıstan), 27-də "Legiya" (Polşa), 29-da "Mordoviya" (Rusiya), 31-də "Tarqu Mureş"lə (Ruminiya) qarşılaşacaq.
Antalya
Yoхlama oyunu
17 yanvar
19.00 Qarabağ (Azərbaycan) - RNK Split (Xorvatiya)
Fanat.az