Alovla şimşək qarşılaşanda: "Baku Fires" italyanlara qarşı

Alovla şimşək qarşılaşanda: "Baku Fires" italyanlara qarşı
12:12 17 Yanvar 2015
129 İdman
Ölkə mətbuatı
A- A+

Regional TV (Region TV) xəbər verir ki, bu gün Azərbaycanın “Baku Fires” klubu Ümumdünya Boks Seriyasının (WSB) yeni mövsümünün ilk görüşündə İtaliyanın “İtalia Thunder” kollektivi ilə qarşılaşır. Quba Olimpiya Kompleksində keçirilən görüşə bu gün saat 19:00-da start veriləcək.

Komandaların heyətləri:

“Baku Fires” – “İtalia Thunder”

49 kq. Məhəmməd İbiyev  – Patrik Barns

 56 kq. Məhəmməd Qurbanov – Maykl Konlan

 64 kq. Heybətulla Hacəliyev  – Vinçenzo Mangiakapre

 75 kq. Nikolay Veselov – Salvatore Kavallaro

 91 kq. Əbdülqədir Abdullayev – Fabio Turçi

Ümumdünya Boks Seriyasının V mövsümündə 16 komanda iki qrupda mübarizə aparacaq. Azərbaycan komandası B qrupunda “İtalia Thunder”lə yanaşı, “Astana Arlans”, “Argentina Condors”, “Caciques Venezuela”, “Puerto Rico Hurricanes”, “Rafako Hussars Poland” və USA Knockouts klubları ilə gücünü sınayacaq.

Cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri də Olimpiya oyunlarına lisenziyaların verilməsidir. WSB liqasında uğurlu çıxış edən 17 boksçu mövsümün sonunda Braziliyada keçiriləcək Olimpiya oyunlarına vəsiqə qazanacaq.

“Baku Fires” ötən mövsüm Ümumdünya Boks Seriyasında yalnız finalda “Cuba Domaderos” klubuna uduzaraq, 2-ci yerə layiq görülüb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/319566.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR