İki sərxoş, iki nəhəng, təkərinə tüpürüb qaçanlar - FOTO

İki sərxoş, iki nəhəng, təkərinə tüpürüb qaçanlar - FOTO
12:17 17 Yanvar 2015
139 Sosial
Ölkə mətbuatı
A- A+

Siyəzəndə keçirilən avtoreyddə sərxoş sürücülər cəzalandırıldılar

Regional TV (Region TV) xəbər verir ki, ötən gün axşam saatlarında start verilən reyd Siyəzən şəhəri Heydər Əliyev prospektində keçirilib. Reydin keçirilməsində əsas məqsəd avtomobilləri sərxoş vəziyyətdə idarə edən sürücüləri müəyyən edib saxlamaq, onların yarada biləcəyi yol nəqliyyat hadisələrinin qarşısını almaqdan ibarət olub. Reyd zamanı 2 sərxoş sürücü müəyyən edilərək məsuliyyətə cəlb edilib. Polisin saxla əmrinə tabe olmayıb ərazidən uzaqlaşmağa çalışan sürücülərə də rast gəlinib.

Siyəzən şəhəri ərazisinə iri tonnajlı yük avtomobillərinin girişi qadağan olunduğundan reyd zamanı 2 yük maşını da saxlanılaraq duracağa aparılıb. Bununla yanaşı, reyddə bir sıra digər qayda pozuntularına da rast gəlinib.

Bu kimi reydlərin mütəmadi keçirilməsi planlaşdırılır.

Milli.Az














Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319549.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR