“Sümbül ağa” Bakıya gəlir

“Sümbül ağa” Bakıya gəlir
12:21 17 Yanvar 2015
134 Şou
Ölkə mətbuatı
A- A+

“Möhtəşəm yüz il” serialındakı Sümbül ağa obrazı ilə tanınan türkiyəli aktyor Səlim Bayraktar Bakıya gələcək.

Axşam.az-ın məlumatına görə, o, “Eşq sənə bənzər” filminin qala gecəsində iştirak edəcək. Yanvarın 29-da Nizami Kino Mərkəzində keçiriləcək qala gecəyə ekran işinin baş rol ifaçıları - türkiyəli aktyor Burak Özçivit və aktrisa Fəxriyyə Evcən də qatılacaq.

Bedia Ceylan Güzelcenin ssenarisi əsasında rejissor A.Taner Elhanın lentə aldığı bu romantik dramın prodüseri də Burak Özçivitin özüdür.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25232

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR