Zərbələr alan İŞİD çılğınlaşıb - FOTO

Zərbələr alan İŞİD çılğınlaşıb - FOTO
12:42 17 Yanvar 2015
119 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyada ələ keçirdiyi əraziləri tədricən itirməyə başlayan İŞİD terror qruplaşması prezident Bəşər Əsədə "sədaqət"də suçladığı insanlara divan tutmağa davam edir.
 
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, İŞİD özünə paytaxt elan etdiyi Rəkka şəhərində sakinlərin terrordan və vəhhabi ekstremizmindən usandığını anlayaraq terroru gücləndirib.
 
Fərat çayının sahilindəki Əl Məyadin şəhərində isə dünən "görk olmaq" üçün edamlar gerçəkləşdirilib.
İŞİD "prezident Bəşər Əsədə sədaqətdə və kafirlərə işləməkdə" suçladığı üç nəfəri edam edib.
 
Elam olunan zavallıların cəsədləri Əl Məyadin şəhərinin mərkəzi meydanına atılıb.
Ümumiyyətlə isə son iki gündə şəhərdə İŞİD 17 sakini edam edib.
 
Milli.Az
 






Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319522.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR