Bakının "gecə qəhrəmanları" - FOTO

Bakının "gecə qəhrəmanları" - FOTO
12:47 17 Yanvar 2015
941 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 100-dən artıq əməkdaşı yanvarın 16-dan 17-nə keçən gecə paytaxt ərazisində kütləvi reyd keçirib. Reydə Bakı şəhər DYPİ-nin Yol-Patrul Xidməti Alayının komandiri, polkovnik Rəşadət Babayev rəhbərlik edib. Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, reyd zamanı yol polisinə qarşı aqressivlik göstərən sürücülərin çoxluğu müşahidə olunub. Belə ki, yol polisini görən kimi qaçmağa, hətta polislərə təhlükə yaratmağa çalışan sürücülər arasında qaçıb gizlənənlər olsa da, saxlanılanların sayı daha çox idi. Qaçmağı bacaran sürücülər isə həddindən artıq yüksək sürətə və təhlükəli manevrlərə meylli olanlar idi ki, DYP əməkdaşları hər hansı bədbəxt hadisə baş verməsin deyə onları təqib etmirdi.

Bakı şəhər DYPİ-nin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov bildirdi ki, ümumilikdə reyd zamanı 6 sürücü polisin qanuni saxlama tələbini yerinə yetirməyərək qaça bilib. Amma onların da aşkarlanıb məsuliyyətə cəlb olunması üçün raportlar tərtib olunub. Maraqlıdır ki, qaçan sürücülərin idarə etdiyi maşınlarən əksəriyyəti bahalı avtomobillər idi.

Vaqif Əsədov onu da bildirib ki, reyd zamanı 52 sərxoş sürücü saxlanılıb. Avtoxuliqanlıq edərək insanların həyatına təhlükə yaradan 7 nəfər saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub. Onlardan birinin həm sürücülük vəsiqəsi yox idi, həm "avtoş", həm də sərxoş idi. 24 yaşlı Mirzəxan Alışov tibbi müayinə zamanı əməlindən peşman olduğunu, düz iş görmədiyini desə də, bu sözlər onu məsuliyyətdən azad etmədi.
Sərxoş vəziyyətdə tibbi müayinəyə gətirilən şəxslər arasında özünə haqq qazandıranlar da oldu. İki cümləni bir-birinə qoşa bilməyən, ayaq üstdə müvazinətini itirən sürücü "mən sərxoş deyiləm" deyib, aradan çıxmağa çalışırdı. Başqa bir sürücü isə bildirdi ki, yaşadığı evlə toya getdiyi restoranın arası 50 metrdir. Toydan çıxıb evə gələrkən DYP əməkdaşları onu saxlayıb. Bundan ötrü saxlanılmasına etiraz edən sürücü barəsində protokol tərtib olundu.

DYP əməkdaşlarının sərxoş sürücülərə iradından sonra başını aşağı salıb "peşmanam" deyənlər də oldu.

Reyd zamanı nəqliyyat vasitəsini pərdə və plyonka ilə idarə edən 6 sürücü də aşkarlanıb. Müxtəlif qayda pozuntularına yol verdiyi üçün saxlanılanlar arasında 5 xanım sürücü də var. Onlardan 3-ü sərxoş vəziyyətdə olub. Yol polisi əməkdaşları svetoforun qırmızı işığında hərəkət edən 6 sürücünü də məsuliyyətə cəlb ediblər.

Vaqif Əsədov onu da bildirib ki, yol-nəqliyyat hadisələrinin azalması, sürücülərdə nizam-intizamın yüksəldilməsi, əhalinin dincliyini və rahatlığını təmin etmək məqsədilə bu cür reydlər davam etdiriləcək.

Milli.Az



















Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319565.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR