Ermənilər peşman oldular

Ermənilər peşman oldular
10:32 25 Dekabr 2014
61 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan Avropa Birliyi ilə danışıqları bərpa etmək qərarına gəlib.
ANS PRESS-in məlumatına görə, bu barədə ölkəsinin istəyini maliyyə nazirinin müavini Qaregin Melkonyan bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfinin hazırladığı saziş Avropa Birliyinin bir zamanlar təklif etdiyi azad ticarət zonasını və Assossasiya saşini özündə bərqərar edəcək, eləcə də Ermənistanın Avrasiya iqtisadi ittifaqında iştrakına zidd olmayacaq.

Lakin ali səviyyədə belə bir bəyanatın verilməsi Ermənistan xislətini özündə əks etdirir. Avropa Birliyinin prinsiplərinə əsaslansaq ermənilərin ürəkdə qalan bu arzuları yalnız daxili auditoriyaya isitqamətlənmiş bir oyundur və həqiqətdə reallaşması mümkün deyil.

Bunun bir xülya olduğunu ən azından onunla əsaslandırmaq olar ki, Avropa Birliyinin iqtisadi-siyasi və keyfiyyət tələbləri Avrasiya ittifaqı ilə uyğunlaşmır.
Bunu ermənilər yaxşı başa düşsələr də 2 başlı oyunlarından əl çəkmirlər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=21&nid=316115

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR