Rəsmi Bakı: "ABŞ sabitlik, təhlükəsizlik, inkişaf təmin etmək istəyirsə, iddialarından bir qədər çəkinməlidir"

Rəsmi Bakı: "ABŞ sabitlik, təhlükəsizlik, inkişaf təmin etmək istəyirsə, iddialarından bir qədər çəkinməlidir"
12:57 17 Yanvar 2015
59 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ sabitlik, təhlükəsizlik, inkişaf təmin etmək istəyirsə, iddialarından bir qədər çəkinməlidir
Trend-in məlumatına görə, bunu jurnalistlərin ABŞ-ın Azərbaycana qarşı təzyiq siyasəti ilə bağlı sualına cavab verən Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

O qeyd edib: "Biz bu müstəqillik illərində 23 ildən artıq müddətdə öz siyasi kursumuzu seçmişik və ona sadiqik, bu istiqamətdə də gedirik. Lakin bir şeyə diqqət yetirmək lazımdır ki, indiki beynəlxalq münasibətlərdə hansı proseslər hökm sürür və niyə? Axı bu dünyada hər bir dövlət öz maraqlarını ortaya qoyub onun həyata keçirilməsini tələb edəcəksə, bu dünya doğrudan da indiki vəziyyətə gəlib çıxacaq. Dünyada indi yaranan gərginliyin əsas səbəbi, sizcə, nədir? Bu Azərbaycandan asılı deyil ki. Azərbaycan bunun səbəbi deyil ki. Çox ciddi bir gərginlik var. Səhərdən axşamadək böyük dövlətlərin hansının televiziya kanalını açırsınızsa -açın, görürsünüz ki, nələrdən danışırlar, nələr baş verir. Bunun həqiqət olub-olmadığı tamam başqa məsələdir".

N.Məmmədov düşünür ki, bu, çox təhlükəli prosesdir: "Bu təhlükəli prosesdən kənar olmaq lazımdır. Bu gün dünyada baş verən proseslər, əsasən, böyük dövlətlərdən asılıdır. Doğrudan da bunlar sabitlik, təhlükəsizlik, inkişaf təmin etmək istəyirlərsə, onda bu iddialardan bir qədər çəkinməlidirlər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/319575.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR