İnternetimiz uçacaq

İnternetimiz uçacaq
13:06 17 Yanvar 2015
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanla Qazaxıstan Trans-Avrasiya Superinformasiya Magistralı (TASİM) sualtı seqmentini quracaq.

ANS PRESS-in məlumatına görə, bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov məlumat verib. Onun sözlərinə görə, artıq ilin sonuna kimi tikinti işlərinə başlana bilər.

Hazırda TASİM layihəsinə Rusiya, Qazaxıstan, Türkiyə, Çin cəlb edilib. Azərbaycan layihədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi ilə təmsil olunub.

TASİM-in ümumilikdə 20 ölkəni birləşdirməsi nəzərdə tutulub. Layihənin reallaşması ilə Qərbi Avropa və Sakit okean hövzəsi ölkələri arasında "informasiya uçurumu"nu aradan qaldırmağa imkan verəcəyi, Azərbaycanda isə internetin keyfiyyətinin yüksələcəyi, eləcə də internet sürətinin mənzillərə çatanadək dağılması problemini aradan qaldırılacağı gözlənilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=320262

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR