Bu pişik körpəni xilas etdi (FOTO)

13:11 17 Yanvar 2015
115 Sosial
Ölkə mətbuatı
A- A+

Rusiyada marşa adlı pişik qəhrəmana çevrilib. O, bir binanın girişinə atılan körpənin həyatını xilas edib. ANS PRESS-in məlumatına görə, Kaluqa vilayətinin Obninsk şəhərində bir binanın pilləkənlərinin altına yenidoğulan oğlan körpə atılıb.

Körpəni ilk olaraq bina sakinlərinin Marşa adı verdikləri pişik görüb. Küçədə yaşayan bu heyvan körpənin qoyulduğu qutuya girərək soyuqdan üşüyən uşağı üzərinə uzanıb. Ağlayan uşağın üzünü yalayaraq onu sakitləşdirməyə çalışıb. Bu arada isə tez-tez miyoldayaraq bina sakinlərini xəbərdar edib.

Qəhrəman pişiyin səyləri nəticə verib və onun tez-tez milovlamasından şübhələnən sakinlər pilləkənlərin altına baxarkən körpəni görüblər.

Şaxtalı havada krton qutuda qalan uşaq dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin sözlərinə görə, pişik sayəsində uşaqda ciddi problemlər olmayıb. "Biz uaşğı götürəndə belə Marşa çox həyəcanlı idi. O, hətta bizim dalımızla belə qaçıb", deyə təcili yardım həkimləri bildiriblər.

İndi polis körpəni soyuq qış günlərində atanları axtarır.






Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=41&nid=320235

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR