Azərbaycanda dövlət rabitə müəssisələrinin özəlləşdirilməsi ilə bağlı təklif hazırlanır

13:32 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 17 Yanvar 2015 13:30 ]


Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda dövlət rabitə müəssisələrinin özəlləşdirilməsi ilə bağlı təklif hazırlanır.

 

APA-Economics”in məlumatına görə, bununla bağlı jurnalistlərə açıqlama verən Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, bu məqsədlə nazirlik tərəfindən bir sıra konsaltinq şirkətləri cəlb edilib.

 

Əli Abbasov qeyd edib ki, bu konsaltinq şirkətlərinin başlıca vəzifəsi tövsiyələr hazırlamaq və operatorların qiymətləndirilməsi üzrə işlər görməkdir: “Bu işlərin hamısı başa çatıb. Özəlləşdirmə məsələləri üzrə fəaliyyət nazirliyin 2015-ci ildə görəcəyi ən mühüm işlərdən biridir. Bu gün başlıca məsələ dövlət rabitə müəssisələrinin özəlləşdirilməsi deyil, özəlləşdirməyə qədər sağlamlaşdırılmasıdır, onların yeni struktura, səhmdar cəmiyyətə çevrilməsidir”.

 

Nazir bütün bu məsələlərin bu il həll olunacağını vurğulayıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369455

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR