Bakıda ər-arvadın meyiti tapıldı

Bakıda ər-arvadın meyiti tapıldı
13:56 17 Yanvar 2015
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda ər-arvad öldü. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, Elgün Yusifov və arvadı Nuranə Səfiyeva Sabunçu rayonu Balaxanı qəsəbəsində kirayədə yaşayıblar.

Göygöl rayon sakinləri kirayə qaldıqları evdə bu gün boğularaq ölüblər.

Daha bir ölüm hadisəsi isə Xətaidə baş verib. Tərlan Mahmudova mənzilində dəm qazından boğularaq ölüb.

Xəzər rayonunun Binə qəsəbə sakini Qənirə Hacıyeva, Samux rayon sakini Rasimə Quliyeva da dəm qazından zəhərləniblər. Lakin onları xəstəxanaya çatdırmaq mümkün olub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=320270

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR