DİN Sumqayıtda baş vermiş partlayışla bağlı məlumat yayıb

14:02 17 Yanvar 2015
70 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 17 Yanvar 2015 13:57 ]


Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda baş vermiş partlayışla bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, yanvarın 16-da saat 18.00 radələrində Sumqayıt şəhərinin Sülh küçəsində yerləşən avtomobillərin təmiri sexinin yaxınlığından keçən qaz borusunda təbii qazın sızması nəticəsində partlayış baş verib. Nəticədə sexin dam örtüyü uçub, orada olan 3 avtomobilə qismən ziyan dəyib, yanıq xəsarətləri almış şəhər sakinləri Emin İmanquliyev və Azər Məmmədov xəstəxanaya yerləşdiriliblər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369465

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR