Qaradağda tükürpədici yol qəzası: Yeni doğulmuş körpə öldü, anası və nənəsi yaralandı

Qaradağda tükürpədici yol qəzası: Yeni doğulmuş körpə öldü, anası və nənəsi yaralandı
14:13 17 Yanvar 2015
168 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir İlkin İzzət/

Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, 2 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 16-da saat 02 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində Xocavənd rayon sakini Zöhrab Balakişiyevin idarə etdiyi “VAZ-2107”, Şirvan şəhər sakini Anar Əmənovun idarə etdiyi “KamAZ-5320” və Sabirabad rayon sakini Əsgər Hacıyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşmuşdur. Z.Balakişiyevin sərnişinlərindən - yeni doğulmuş qızı hadisə yerində ölmüş, digər sərnişinləri - arvadı Aliyə və qayınanası Dilşad Bəhramova xəstəxanaya yerləşdirilmişlər.

BDYPİ tərəfindən araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2354391.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR