Bakı. Hafiz Heydərov – APA. Gəncə şəhərində poçtdan oğurluğun qarşısı alınıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 16-da saat 06 radələrində Gəncə şəhərinin Ozan küçəsində yerləşən “Azərpoçt” MMC-dən qapının kilidini sındırmaq yolu ilə oğurluğa cəhd göstərən şəhər sakini Anar Qurbanov Gəncə Regional Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan şəxs Nizami (Gəncə) Rayon Polis İdarəsinə təhvil verilib.