Mikayıl Cabbarov: “Yüksək və zəif nəticə göstərmiş müəllimlərin əmək haqlarında fərq olmalıdır”

Mikayıl Cabbarov: “Yüksək və zəif nəticə göstərmiş müəllimlərin əmək haqlarında fərq olmalıdır”
14:27 17 Yanvar 2015
226 Digər
Ölkə mətbuatı
A- A+

[ 17 Yanvar 2015 14:22 ]

Bakı. Fərid Mirzəyev - APA. “Sınaq qiymətləndirilməsində iştirak etmiş müəllimlərin orta dərs yükünün 18 saata qaldırmağa nail olmuşuq”.

APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov bu gün keçirdiyi mətbuat konfransında bildirib.


Nazir deyib ki, sınaq qiymətləndirilməsinin keçirilməsi müəllimlər tərəfindən təəccüblə qarşılanmışdı: "Bu proses müəllimlərə öz zəif və güclü tərəflərini üzə çıxarmağa kömək edir. Bu sistem təhsil keyfiyyətinin təmin olunması üçün əvəzolunmaz alətdir. Biz yüksək uğur göstərmiş müəllimlərə daha çox dərs yükünün verilməsi siyasətinə başladıq. Yüksək nəticə göstərən müəllimlə zəif nəticə göstərmiş müəllimin əmək haqlarında fərq olmalıdır”.


M.Cabbarov təhsil naziri dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında prezident sərəncamının icrası barədə mexanizmin Nazirlər Kabineti tərəfindən müəyyən olunacağını əlavə edib: “Bu məsələ ilə bağlı Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369472

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR