Şəxsiyyət vəsiqəsini də saxtalaşdırdılar

Şəxsiyyət vəsiqəsini də saxtalaşdırdılar
14:51 17 Yanvar 2015
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Göyçay rayon xüsusi notariusundan avtomobilə etibarnamə alarkən saxta sənəd təqdim etmiş üç nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanvarın 15-də Yevlax şəhər sakinləri Orxan Həsənov, Kamal Kamalzadə və Şəki şəhər sakini Aydın Qaragözov Göyçay rayon xüsusi notariusundan Röyal Nəbiyevin adına olan “Nissan” markalı avtomobilə etibarnamə alarkən R.Nəbiyevin adına verilmiş şəxsiyyət vəsiqəsinin saxta olması müəyyən edilib.

Bununla əlaqədar hər üç şəxs Göyçay RPŞ-yə gətirilib. Üzərilərinə baxış zamanı onlardan İlham Rəhimovun adına verilmiş saxta ümumvətəndaş pasportu, İsmayıl Cəfərovun, Elşad Əhmədovun, Məqsəd Cəfərovun adlarına verilmiş saxta şəxsiyyət vəsiqələri aşkar edilərək götürülüb.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların həmin saxta sənədləri Yevlax şəhərində yeni yaşayış sahəsindəki evlərdən birində yaşayan İzzət Musayevdən almaları müəyyən edilib.

İ.Musayevin evinə baxış zamanı 1 ədəd surətçıxarma aparatı, Gülnaz Bayramovanın və Təranə İsmayılovanın adlarına verilmiş saxta şəxsiyyət vəsiqələri və 24 ədəd kağız aşkar edilərək götürülmüşdür.

İ.Musayevin tutulması üçün əməliyyat-axtarış tədbirlər görülür.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=320278

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR