Azərbaycanda avtomobillə vurulma nəticəsində iki piyada ölüb

14:58 17 Yanvar 2015
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda avtomobillə vurulma nəticəsində iki piyada ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 16-da saat 10 radələrində Şəki rayonunun B.Vahabzadə küçəsində şəhər sakini Taleh Yusibov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Kəmalə Əliyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Yanvarın 16-da saat 16 radələrində Bərdə şəhərinin Koroğlu küçəsində rayon sakini Pərvin Şərifov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Yusif Həsənovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2354412.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR