Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları

14:58 17 Yanvar 2015
268 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 17 yanvar, AzərTAc 
Yanvarın 17-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilib. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə təşkil edilən yarmarkalara mövsümə uyğun meyvə-tərəvəz və digər məhsullar çıxarılıb.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 10,45 ton məhsul, o cümlədən 0,3 ton ət, 0,2 ton ağartı, 3 ton tərəvəz, 3 ton meyvə və s. təklif olunurdu.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Səfəralı Nəsirov dedi ki, yarmarkadakı qiymətlər bazarlardakından 20-25 faiz ucuzdur. Yarmarkada badımcan 2 manata, kartof 60-90, soğan 40 qəpiyə təklif edilirdi. Burada, həmçinin qoyun ətinin kiloqramı 5 manat 50 qəpiyə, mal əti 5 manata, yumurtanın 1 ədədi 10 qəpiyə satılırdı.
Şənbə günü Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil edilən yarmarkaya bu əraziyə təhkim olunmuş Salyan, Qusar, Astara, Şabran, bundan əlavə Sabirabad, Quba, Göyçay, Gədəbəy, Kürdəmir, Bərdə, Xaçmaz rayonlarının fermerləri və torpaq mülkiyyətçiləri tərəfindən 138,1 ton meyvə-tərəvəz, bostan məhsulları, mal və qoyun əti, ağartı, göyərti və digər kənd nemətləri çıxarılmışdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Arzu Hüseynov məlumat verdi ki, yarmarkada mövsümə uyğun bütün növ kənd təsərrüfatı məhsulları vardır. Buradakı məhsullar bazarlardakından 25-30 faiz ucuz satılır.
Yarmarkaya daxil olan məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır.
Yarmarkada nəzarət tərəzisi qoyulub, bütün məhsulların bazarlarla müqayisəli qiymətləri göstərilib.
Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan, Masallı və digər rayonlardan 17 tondan çox kənd təsərrüfatı məhsulu çıxarılmışdı.
Yarmarkaya təklif edilən kartof, soğan, alma, kələm, yerkökü, ət və digər məhsullar qəsəbə sakinləri tərəfindən həvəslə alınırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Məmməd Həziyev bildirdi ki, qəsəbə sakinlərinin tələbatı nəzərə alınaraq məhsulların çeşidinə ciddi dəyişikliklər edilib. Onun sözlərinə görə, yarmarkada məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılıb, xüsusilə ət və süd məhsulları baytar müayinəsindən keçirilib.
Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda-“Günəş” ticarət mərkəzində (9,8 ton) və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində (1,6
ton) satışa Samux, Quba, Biləsuvar, Cəlilabad və Ağsu rayonlarından, ümumilikdə, 11,4 ton məhsul çıxarılıb.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirdi ki, hər iki yarmarkada mövsümi kənd nemətlərindən göyərti, kartof, soğan, badımcan, kələm, alma, armud, nar, heyva, xurma,balqabaq və digər məhsulların alıcıları çoxluq təşkil edir. Qiymətlər bazarlarla müqayisədə 25-30 faiz ucuzdur. Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
Şənbə günü Xətai rayonunda, “Bakı” kinoteatrının yaxınlığındakı yarmarkaya Kürdəmir, Salyan, Biləsuvar, Qax, Şəmkir, Qəbələ, Quba, Astara, Daşkəsən rayonlarından 301 ton meyvə-tərəvəz, ət və ağartı məhsulları gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi İsmayıl Sərdarlı məlumat verdi ki, yarmarkada məhsulların qiymətləri bazarlardakından 20-25 faiz ucuzdur. Eyni zamanda, məhsulların keyfiyyətinə və qiymətinə ciddi nəzarət olunur.
Yarmarkada qoyun ətinin kiloqramı 5 manat - 5 manat 50 qəpiyə, mal əti 4 manat 50 qəpik - 5 manata, quş əti 2 manat 20 qəpik - 4 manata, üzüm 2 manat – 2 manat 50 qəpiyə, pomidor 1 manat 30 qəpik – 2 manata, xurma 1 manat – 1 manat 10 qəpiyə, heyva 70 qəpik - 1 manat 20 qəpiyə, armud 1-2 manata, naringi 70 qəpik – 1 manat 30 qəpiyə, nar 1 manat -1 manat 50 qəpiyə, yerkökü 50 qəpik – 1 manat 20 qəpiyə, xiyar 90 qəpik - 1 manat 50 qəpiyə, çuğundur 40-80, alma 35–80, kartof 70-90, soğan 35-90, kələm 50-70, balqabaq 50-60 qəpiyə, yumurtanın biri isə 6-11 qəpiyə təklif olunur.
Şəhər sakinləri yarmarkada yaradılan şəraitdən və məhsul bolluğundan razıdırlar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinov bildirdi ki, şənbə günü Nərimanov rayonunda, metronun “Gənclik” stansiyasının yaxınlığındakı yarmarkaya Xaçmaz, Tərtər, İmişli, Salyan, Tovuz, Neftçala, Oğuz rayonlarından 35,5 ton kənd təsərrüfatı məhsulları, Giləzi broyler fabrikindən isə 4 min ədəd yumurta gətirilib.
Yarmarkada ilk baxışdan canlanma, bolluq və qızğın alış-veriş gözə çarpır, çeşidlərin müxtəlifliyi hiss olunurdu. Alıcılara mövsümə uyğun tərəvəzlərdən kələm, kartof, soğan, yerkökü, çuğundur, meyvələrdən alma, armud, heyva, nar, həmçinin ağartı, göyərti və s. kənd nemətləri təklif edilirdi.
Paytaxt sakinləri yarmarkadakı meyvə-tərəvəz, göyərti və ağartı məhsullarının təzə və keyfiyyətli, eyni zamanda, bazarlardakından 25-30 faiz ucuz qiymətə olmasından razılıq edirdilər.
Yarmarkada Kənd Təsərrüfatı Nazirliyinin və Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən qayda-qanuna ciddi nəzarət olunurdu.
Binəqədi rayonu, 6 nömrəli Bakı Texniki Peşə Liseyinin
qarşısındakı yarmarkada Siyəzən, Goranboy, Ağstafa, Bərdə və s. rayonların fermerləri və digər torpaq mülkiyyətçiləri alıcılara bol məhsul təklif edirdilər. Şəhər sakinləri qiymətləri bazarlardakından 25-30 faiz ucuz olan meyvə-tərəvəz, ağartı və bostan məhsullarını həvəslə alırdılar.
Yarmarkada kələmin kiloqramı 40-60, soğan 30-40, yerkökü 60-70, kartof 40-90, çuğundur 50-60 qəpiyə satılırdı. Məhsullar təkcə qiymətlərinin ucuz olduğuna görə deyil, həm də keyfiyyətinə görə diqqəti cəlb edirdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənov bildirdi ki, yarmarkaya 23 ton meyvə-tərəvəz, bostan və süd məhsulları gətirilib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_kend_teserrufati_mehsullarinin_novbeti_satis_yarmarkalari-825503

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR