Kişilər nədən qorxurlar?

Kişilər nədən qorxurlar?
15:12 17 Yanvar 2015
376 Maraqlı
Ölkə mətbuatı
A- A+

Psixoloq Con Qrey “Kişilər Marsdan, qadınlar isə Veneradan…” kitabını əbəs yerə yazmayıb. Həqiqətən də, bəzən nə kişilər qadınları, nə də qadınlar kişiləri anlaya bilirlər. Bir çox kişilərin hərəkətləri qadınlara qəribə gələ bilər. Bu, kişi psixologiyasından irəli gəlir.
 
Publika.az kişilərin əsas komplekslərini, daha dəqiq desək, kişilərin qorxularını nədən qorxduğunu təqdim edir.
 
İsgəndər kompleksi
 
Əlbəttə, bu kompleks Makedoniyalı İsgəndərin adı ilə bağlıdır: Kompleksin mənşəyini tapmaq üçün tarixə nəzər salmaq yetər.
 
İsgəndər kompleksi – bu, bir kişinin digərlərinin yanında kişi kimi görünməmək, daha dəqiq desək, başqalarının gözü qarşısında homoseksual  görünmək qorxusudur. Bəs Makedoniyalı İsgəndərin buraya nə aidiyyəti var? İş ondadır ki, qədim zamanlarda homoseksualizm indiki dövr ilə müqayisədə daha çox yayılmışdı. Makedoniyalı İsgəndər, onun silahdaş və yoldaşları da kişilərlə cinsi əlaqədə olardılar.
 
İsgəndər “kişi olmamaq” qorxusundan əziyyət çəkibmi? Yəqin ki. Ona görə də, kişi kimi qəbul olmamaq kompleksi onun adını daşıyır.
 
Herakl kompleksi
 

Bu kompleks öz adını əfsanəvi qədim yunan allahı Heraklın adından götürülüb. Əfsanəyə görə, Herakl günlərin birində amazonka kraliçası tərəfindən qul kimi məhkum olunaraq, qadın işini görüb.
 
İndinin özündə də bu qorxuya görə, kişilər evdə hər hansı bir qadın işini yerinə yetirməkdən imtina edirlər. O da var ki, bu qorxunu yalnız psixoloqlar anlayırlar. Qadınların fikrincə, bu, sadəcə, kişi tənbəlliyidir.
 
Lut kompleksi
 
Dini inanclara əsasən, Sodom və Homorra şəhərləri  məhv etdikdən sonra Lut peyğəmbər məhv olmuş insan nəslini yenidən “dirildir”. Bunun üçün nəslini “diriltmək” üçün Lut öz qızlarından arvad kimi istifadə edir.
 
Bu gün isə Lut kompleksi dedikdə bir atanın qızını başqa kişiyə güzəştə getmək, daha doğrusu, onu itirmək qorxusu nəzərdə tutulur.  Lut kompleksindən kişilərlə yanaşı, onların qızları da əziyyət çəkirlər. Çünki bəzən elə olur ki, atalar qısqanclıq zəmində daha da irəli gedərək qızlarının həyatına müdaxilə edirlər.
 
Napoleon kompleksi
 
Kişilər arasında ən geniş yayılmış kompleks boyun alçaq olması ilə bağlıdır. Adətən belə kişilər vəhşi ambisiyalara malik olurlar. Daha çox isə onlar hündür kişilərə nifrət edirlər. Napoleon kompleksindən əziyyət çəkən müdirlə isə ümumiyyətlə işləmək mümkün olmur.
 
Don Juan kompleksi

 
Don Juan kompleksinə görə, kişilər atılmaqdan qorxurlar. Çünki kişilərin əksəriyyəti bundan utanır. Onların fikrincə, yalnız kişi qadını ata bilər.
 
Kotovski kompleksi

 
Sizcə, başı keçəl qırxdırmaq dəbi haradan qaynaqlanıb? Skinhedlərdən? Qətiyyən yox. Psixoloqların fikrincə, bu qorxu Kotovski kompleksidir. Daha dəqiq desək, keçəlləşmək qorxusu. Tibbin bütün səyinə baxmayaraq, keçəlləşməyin qarşısını almaq mümkün olmursa, o zaman “gözəllik” xətrinə saçı tamamilə qırxdırmaq daha yaxşıdır. Onda keçəl kişinin başında tük qalmadığını hiss etməyəcəklər, çünki ətrafdakı inşanlar keçəl kişilərin dəbə görə bu görkəmi seçdiyini sanırlar.
 
Müdir kompleksi

 
Müdir kompleksinə görə, kişilər tabe olmaqdan qorxurlar. Bunu, Herakl kompleksi ilə də əlaqələndirmək olar. Belə ki, kişilər arvadlarının çox qazanmasından qorxurlar. Çünki kişi ailə başçısıdır və qadın onun rəhbəri ola bilməz.
 
Təqaüdçü kompleksi

 
Bütün kişilər təqaüdə çıxmaqdan qorxurlar. Lakin bu kompleks kişilərdə hələ erkən vaxtdan inkişaf edir. Adətən 50 yaşdan sonra kişilər gənc oğlanlarla rəqabətə girib, üzərlərinə çox iş götürə bilməyəcəklərindən ehtiyatlanırlar.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/319604.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR