Ağcabədi, 17 yanvar, AzərTAc
Ağcabədi şəhər 2 nömrəli tam orta məktəbində 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb.
AzərTAc xəbər verir ki, rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası rayon təşkilatı gənclər birliyinin məktəbin kollektivi ilə birgə hazırladıqları mərasimdə əvvəlcə Azərbaycanın istiqlaliyyəti uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər 20 Yanvar faciəsindən, sovet ordusunun günahsız insanları gülləbaran etməsindən, qəhrəman oğul və qızlarımızın Vətənin azadlığını öz canlarından əziz tutmasından danışıb, şəhidlərin xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildiriblər.
Tədbirdə məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirib.