“Özümə qoyduğum qaydalardan bezsəm də...” – Sənubər İsgəndərli

“Özümə qoyduğum qaydalardan bezsəm də...” – Sənubər İsgəndərli
16:06 17 Yanvar 2015
129 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Sənubər İsgəndərli adət-ənənlərə sadiq olduğunu deyib.

Axşam.az-ın məlumatına görə, “İncə maraqlar” verilişinə qonaq olan aktrisa hər zaman düşünüb addım atdığını bildirib:

“Abır-həya nəzakətin bir qolu, əxlaq normasıdır. Biz cəmiyyətə bağlıyıq. Hər zaman nəsə addım atanda cəmiyyətin nə reaksiya verəcəyini düşünürük. Hər kəsin içində bir “sayğac”ı var. Mən də o sayğaca uyğun davranıram. Özümə qoyduğum qaydalardan bezsəm də, bezməsəm də cəmiyyətin normalarına uyğun davranmalıyam. Zadəganlıq, mədəniyyət insanın qanında olmalıdır. Onun üçün rola girmək lazım deyil. Əxlaqı, zövqü düzəltmək, görüb-götürmək olar, amma insan mədəniyyətini yox”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25245

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR