Müsəlmanlar küçəyə çıxacaq

Müsəlmanlar küçəyə çıxacaq
16:16 17 Yanvar 2015
166 Sosial
Ölkə mətbuatı
A- A+

Rusiya paytaxtı Moskvda müsəlmanların nəhəng etiraz aksiyası hazırlanır.

ANS PRESS-in məlumatına görə, İslam fəalları qrupu şəhər rəhbərliyinə ərizə verərək yanvarın 25-də etiraz mitinqi keçirmək istədiyini bildirib.

Saxarov prospektində keçiriləcək mitinqdə 100 min adamın iştirak edəcəyi güman edilir. Mitinqdə Fransanın “Charlie Hebdo” jurnalına etiraz ediləcək. Rusiya müftilər şurası təşəbbüsü dəstəkləyib. Moskva rəhbərliyi ərizəyə bazar ertəsi cavab verəcək.

Ərizədə bildirilir ki, onlar dini duyğuları alçaldan nəşrə etiraz edəcəklər. Təşkilatçıların sırasında Qafqaz Xalqları Konqerssinan üzvü Abakar Abakarov və İslam hüquq müdafiəçisi Ali Çarinski yer alır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=40&nid=320297

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR