“Report” “Sky News” telekanalına istinadən xəbər verir ki, bağlanılan üç ofisdə ümumilikdə 3 mindən çox insan çalışır.
Şirkət daha əvvəl əməkdaşlarından birində xəstəliyin təsdiq olunmasından sonra Sietldəki ofisini müvəqqəti bağlamışdı.
Telekanalın məlumatına görə, yoluxan işçi “Facebook”un Sinqapurdakı ofisində işləyir, lakin fevralın sonunda şirkətin London ofislərindən birinə baş çəkib. Britaniya paytaxtındakı ofislər bazar ertəsinə qədər bağlanıb, dezinfeksiya işləri aparılır.
Daha əvvəl “Facebook” işçilərinə yoluxma simptomları olduğu təqdirdə evdən işləməyi tövsiyə edib. “Amazon”, “Google”, “Twitter”, “Slack” və “Microsoft” şirkətləri də oxşar tövsiyələr verib. Texnologiya nəhəngləri həmçinin işçilərinin ezamiyyətlərini məhdudlaşdırıblar, böyük konfranslarda iştiraklarını ləğv ediblər və işə qəbul üçün üzbəüz görüşmələri müvəqqəti dayandırıblar.
Xatırladaq ki, Böyük Britaniyada artıq 100-dən çox insan yeni növ koronavirusa yoluxub. Martın 6-da ölkədə xəstəlikdən ilk ölüm faktı qeyd alınıb.