Almaniyanın məşhur Der Spiegel jurnalı sensasion iddia ilə çıxış edib.
ANS PRESS-in məlumatına görə, jurnal İŞİD terrorçu qruplaşmasının telekanal və radio açacağını bildirib. "Kalifat live" adıyla yayıma çıxacaq İŞİD telekanalının hələlik internetə yerləşdirilən videoaları efirə verdiyi bildirilir. Jurnal telekanaldan başqa terror qruplaşmasının 3 ayrı radionu da efirə çıxarmağa hazırlaşdığını yazır.
Qeyd edək ki, İÇİD terror qruplaşması haqda son xəbər Mosuldan gəlib. İŞİD üzvlərinin bu şəhərdə iki homoseksualın binadan ataraq öldürdükləri xəbəri yayılıb