Bakı, 17 yanvar, AzərTAc
Avronun məzənnəsi 2003-cü ildən bəri ilk dəfə olaraq 1,15 dollara qədər enib.
AzərTAc TASS informasiya agentliyinə istinadla xəbər verir ki, avronun məzənnəsinin dünya valyutasına nisbətdə ucuzlaşmasına İsveçrə milli bankının 2011-ci ildən qüvvədə olan və ölkə valyutası - frankı avroya bağlayan qanundan imtina etməsi səbəb olub. Belə ki, əvvəlki qanuna görə məzənnə tavanı 1 avro = 1,2 frank kimi təyin edilmişdi.
Məzənnə tavanı aradan qaldırıldıqdan dərhal sonra avro İsveçrə frankına nisbətdə təxminən 20 faiz ucuzlaşaraq 1 frank səviyyəsinə qədər enib. Eyni zamanda Avropa valyutası ABŞ dollarına nisbətdə də dəyər itirərək son 11 ildə ilk dəfə olaraq 1,1561 dollarda qərarlaşıb.