Azərbaycanda rəqəmli TV-nin əhatə dairəsi 99%-ə çatdırılıb

Azərbaycanda rəqəmli TV-nin əhatə dairəsi 99%-ə çatdırılıb
17:03 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

2014-cü ildə Azərbaycanın İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi əvvəlki illə müqayisədə 16,2% artaraq 1,7 milyard manatı ötüb. Trend-in məlumatına görə, bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclasında qeyd edilib.

Bildirilib ki, hazırda ölkə əhalisinin 73%-i internet, 55%-i isə genişzolaqlı xidmət istifadəçisidir. Hər iki göstərici üzrə Azərbaycan dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır. Həmçinin, Azərbaycan 100 nəfərə düşən sabit telefon abunəçilərinin sayına görə ümumdünya orta göstəricisini 18%, mobil abunəçilərin sayına görə isə 15,2% üstələyir.

2013-cü illə müqayisədə beynəlxalq internet kanallarının tutumu 50 Gbit/s artırılaraq 300 Gb/s-ə çatdırılıb ki, bu da ölkədə əhalinin internet xidmətlərindən istifadəsinin artmasının göstəricisidir.

Eyni zamanda, rəqəmli TV-nin əhatə dairəsi 99%-ə çatdırılıb ki, bu da MDB ölkələri arasında Azərbaycanın ön sıralarda olmasına imkan yaradıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2354457.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR