Suriya prezidenti Praqanın mövqeyindən razı qalıb

Suriya prezidenti Praqanın mövqeyindən razı qalıb
17:08 17 Yanvar 2015
130 Dünya
Ölkə mətbuatı
A- A+


Praqa, 17 yanvar, Pərvanə Qarayeva, AzərTAc
Suriya Prezidenti Bəşər Əsəd “LITERÁRNÍ NOVINY” adlı çex jurnalına müsahibəsində bildirib ki, Praqa onun ölkəsindəki vəziyyətə Avropanın bir çox dövlətlərindən daha obyektiv yanaşır. Bəşər Əsəd onu da qeyd edib ki, Çexiya öz Qərb tərəfdaşlarının təzyiqlərinə baxmayaraq, Suriya ilə əlaqələri kəsməyib. Onun sözlərinə görə, Çexiyanın bu siyasəti onunla mükafatlandırılacaq ki, onu Avropanın digər ölkələrindən fərqli olaraq Suriyanın bərpasındakı sifarişlərə buraxacaqlar. Bəşər Əsəd həmçinin təsdiq edib ki, Avropa Şurasının Suriyaya münasibətdə siyasəti “asta-asta və cəsarətsiz” dəyişir.
Bəşər Əsəd fikrini yekunlaşdıraraq deyib: “Avropalılar səhv etdiklərini bilirlər, lakin bunu açıq etiraf etmək onlara çətindir”.
Pərvanə Qarayeva 
AzərTAc-ın xüsusi müxbiri
Praqa

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Suriya_prezidenti_Praqanin_movqeyinden_razi_qalib-825536

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR