Ötən il 29230 yerlik məktəblər tikilib

Ötən il 29230 yerlik məktəblər tikilib
17:14 17 Yanvar 2015
124 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanda ötən il 29230 şagird yerlik ümumtəhsil məktəbləri istifadəyə verilib. Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, qeyd olunan müddət ərzində 1332 yerlik məktəbəqədər təhsil müəssisələri də istifadəyə verilənlər sırasındadır.

Bundan başqa, bütün maliyyə mənbələrindən əsas kapitala 17,6 milyard manat vəsait yönəldilib, onun 72,3 faizi daxili mənbələr hesabına təmin edilib. Sərf edilmiş sərmayələrin 63,9 faizi məhsul istehsalı, 36,1 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunub. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 48,2 faizini təşkil edib.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190662

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR