İki yaşlı uşaq ölümdən belə döndü (VİDEO)

İki yaşlı uşaq ölümdən belə döndü (VİDEO)
17:36 17 Yanvar 2015
165 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Bodrum şəhərində balıqçılardan biri 2 yaşlı uşağın həyatını xilas edib.

ANS PRESS-in məlumatına görə, hadisə müşahidə kamerasına düşüb.

Belə ki, 35 yaşlı kişi mağaza yaxınlığında telefonla danışarkən küçədə yüksək sürətlə uşaq arabasının gəldiyini görür. Balıqçı dərhal uşaq arabasını tutub onun uçuruma düşməsinin qarşısını alır.

Sürət yüksək olduğundan uşaq arabadan yıxılır və uçurumun bir neçə santimetrliyində yerə düşür.

Balıqçı dərhal ağlayan uşağı sakitləşdirməyə başlayıb. Yoldan keçənlər təcili yardım çağırır. Daha sonra həkimlər bildirib ki, Əli Ceyhan adlı uşaq hadisə nəticəsində heç bir zədə almayıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=320166

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR