Bakıdakı internat məktəblərindən biri köçürülür - NAZİRLİK

Bakıdakı internat məktəblərindən biri köçürülür - NAZİRLİK
17:39 17 Yanvar 2015
253 Sosial
Ölkə mətbuatı
A- A+

Təhsil Nazirliyi valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli internat məktəbi ilə bağlı məsələyə aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fəaliyyət göstərdiyi dövrdən bu günədək internat məktəbi əsaslı təmir olunmayıb: “2004-cü ildə yalnız cari təmir işləri aparılıb. Bu ilin yanvarında internat məktəbində Təhsil Nazirliyinin sifarişi əsasında təmir işlərinin aparılması nəzərdə tutulub.  Bütün korpusların əsaslı təmiri, kommunikasiya və infrastrukturun yenilənməsi, ərazinin abadlaşması, idman meydançaların yenidən qurulması ilə bağlı işlərin 2015-ci ilin noyabr ayına kimi başa çatdırılması planlaşdırılır”.

 

 Nazirlikdən bildirilib ki, qeyd olunan məsələ ilə bağlı təhsil nazirinin əmrinə əsasən, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli internat məktəbi müvəqqəti olaraq 162 nəfər şagird kontingenti, 76 nəfər işçi heyəti, həmçinin daşınar əmlakı ilə birlikdə  ləğv olunmuş Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbinin istifadəsiz qalmış binasına köçürüləcək.  Şagirdlərin  yaşaması və tədris alması üçün normal şəraitin yaradılması məqsədilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbinin binasında nazirlik tərəfindən zəruri cari təmir işləri aparılıb. Köçürülmə yaxın günlərdə tədris  prosesinə mane olmamaq şərti ilə mərhələləri şəkildə  həyata keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190663

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR