Venerada insan məskən salır

Venerada insan məskən salır
11:15 25 Dekabr 2014
77 Digər
Ölkə mətbuatı
A- A+

Venerada yaşamaq olar. Bu iddianı ABŞ-ın Amerika Milli Kosmik Agentliyi (NASA) ilə bağlantılı olan HAVOC adlı qrup səsləndirib. Qrupun iddiasına görə, Venerada insan məskənləri salmaq olar.

Venerada havanın hərarətinin 462 dərəcəyə çatdığını, atmosfer təzyiqinin isə dünyadan 92 qat çox olduğunu nəzərə alsaq bu layihənin necə reallaşacağını düşünmək imkansızdır. Lakin layihənin əsas fərqi oun yerdə yox, havada olmasıdır.

Elm adamları Venerada 50 km hündürlükdə şərtlərin dünyadakına çox yaxın olduğunu deyirlər. Bu yüksəklikdə atmosfer təzyiqi Dünyadakı ilə demək olar eynidir. Veneranın atmosferi də Günəşin radiasiya yayan işıqlarından yetərli dərəcədə qoruyur, cazibə qüvvəsi də yerdəkinə yaxındır.

Hava şəhəri havada qalan yüngül şarların içərisində qurulacaq. Hələlik NASA bu layihə üçün bir ond ayırmayıb. HAVOC isə on il içərisində planlarının gerçəyə dönüşəcəyinə ümid edir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=316146

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR