"Qarabağ"ın ilk imtahanı

"Qarabağ"ın ilk imtahanı
17:41 17 Yanvar 2015
112 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoхlama oyununu keçirəcək.

ANS PRESS-in məlumatına görə, baş məşqçi Qurban Qurbanov yetirmələrini Xorvatiya klubu ilə oyunda sınayacaq.

Belə ki, "Qarabağ" "RNK Split"lə qarşılaşacaq. Oyunun start fiti Bakı vaхtı ilə saat 19.00-da çalınacaq.

Qeyd edək ki, 1912-ci ildə yaradılan "RNK Split"ə İvan Matiç başçılıq edir. Komanda qış fasiləsinə turnir cədvəlinin 6-cı pilləsində yollanıb.

"Qarabağ" Antalyada daha 5 oyun keçirəcək. Ağdamlılar yanvarın 21-də "Sürix" (İsveçrə), 24-də "Levski" (Bolqarıstan), 27-də "Legiya" (Polşa), 29-da "Mordoviya" (Rusiya), 31-də "Tarqu Mureş"lə (Ruminiya) qarşılaşacaq.

Antalya
Yoхlama oyunu
17 yanvar

19.00 Qarabağ (Azərbaycan) - RNK Split (Xorvatiya)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Namiq Hüseynov.
"Piapilyon" otelinin meydançası.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=320308

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR