Ronaldo ilə İrina Şeykin ayrılıq səbəbləri bəlli oldu

Ronaldo ilə İrina Şeykin ayrılıq səbəbləri bəlli oldu
17:51 17 Yanvar 2015
207 Şou
Ölkə mətbuatı
A- A+

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo ilə rusiyalı model İrina Şeykin ayrılıq səbəbləri bəlli olub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, cütlüyün münasibətinin bitməsinə İ.Şeykin Ronaldonun anası Dolore Aveironun 60 illik yubileyinə qatılmaq istəməməsi səbəb olub. Buna görə sevgilisi ilə mübahisəsi düşən futbolçu ondan ayrılmaq qərarına gəlib. İddialara görə, İrinanın Ronaldonun bacıları Elma və Katya ilə də münasibəti yaxşı olmayıb. Bundan başqa, futbolçunun anasının rusiyalı modeli öz gəlini kimi görmədiyi, onun oğlu üçün düzgün seçim olmadığını düşündüyü deyilir. Qeyd edək ki, əvvəlcə “Twitter”də Ronaldonu izləməyi buraxan İrina Sürixdə təşkil olunan və Ronaldoya “Qızıl top” mükafatının təqdim edildiyi mərasimə də qatılmayıb.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25252

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR