“Azərbaycan ədəbiyyatında 20 Yanvar faciəsi” mövzusunda elmi seminar

“Azərbaycan ədəbiyyatında 20 Yanvar faciəsi” mövzusunda elmi seminar
17:58 17 Yanvar 2015
106 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 17 yanvar, AzərTAc
Yanvarın 17-də “Gənclərin Elmi Araşdırmalarına Dəstək” (GEAD) İctimai Birliyində 20 Yanvar hadisələrinin 25-ci ildönümü ilə əlaqədar “Azərbaycan ədəbiyyatında 20 Yanvar faciəsi” mövzusunda elmi seminar keçirilib.
İctimai Birlikdən AzərTAc-a bildirilib ki, tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
GEAD İctimai Birliyinin sədri, dosent Məmmədəli Babaşlı 147 dinc sakinin amansızca qətlə yetirildiyi, 700-dən artıq insanın müxtəlif bədən xəsarəti aldığı 20 Yanvar faciəsinə 1991-ci ildə ilk siyasi və hüquqi qiymət verən ümummilli lider Heydər Əliyevin olduğunu qeyd edib. M.Babaşlı bu günün Azərbaycan xalqının yaddaşında qanlı izlər qoyduğu kimi, eyni zamanda şərəfli bir tarixin başlanğıcı olduğunu və müasir Azərbaycan dövlətinin təməlini təşkil etdiyini xüsusi vurğulayıb.
Filologiya elmləri üzrə fəlsəfə doktoru Rəşid Təhməzoğlu belə bir seminarın keçirilməsinin əhəmiyyətindən, 20 Yanvar hadisəsinin matəm günü olaraq anılmasından, bu tarixi hadisənin Azərbaycan milli azadlıq hərəkatının təməlini qoymasından, tariximizdə yeni bir səhifənin başlanğıcı olmasından söz açıb. Aradan keçən 25 illik bir zaman kəsiyində bu faciəni özündə əks etdirən bir-birindən dəyərli bədii əsərlərin qələmə alındığını qeyd edən R.Təhməzoğlu həmin əsərlərdən bir çox nümunələr gətirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_edebiyyatinda_20_Yanvar_faciesi_movzusunda_elmi_seminar-825543

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR