Şəhidlik zirvəsinə yüksələn insanların xatirəsi qəlbimizdə daima yaşayacaq

17:58 17 Yanvar 2015
69 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 17 yanvar, AzərTAc 
“Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətində (ASC) 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. Tədbirin əvvəlində 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.
ASC-dən AzərTAc-a bildiriblər ki, nümayiş etdirilən əyani təqdimatda qeyd olunub ki, Azərbaycanın azadlıq və müstəqillik uğrunda mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvarda öz canını Vətən uğrunda qurban vermiş və şəhidlik zirvəsinə yüksələn insanların xatirəsi qəlbimizdə daima yaşayacaq. Həmçinin vurğulanıb ki, bu hadisəyə ilk siyasi qiyməti ulu öndər Heydər Əliyev verərək, baş verən faciənin obyektiv şəkildə araşdırılmasını və hadisəyə hüquqi qiymət verilməsini hadisədən dərhal sonra o zamankı Sovet rəhbərliyindən tələb edib.
Tədbirdə 20 Yanvar faciəsi ilə bağlı videolentlər nümayiş edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sehidlik_zirvesine_yukselen_insanlarin_xatiresi_qelbimizde_daima_yasayacaq-825544

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR