Məhəmməd peyğəmbəri təhqir etməklə pul qazanırlar

Məhəmməd peyğəmbəri təhqir etməklə pul qazanırlar
18:05 17 Yanvar 2015
117 Dünya
Ölkə mətbuatı
A- A+

Terrora qədər fransızların səviyyəsiz və tərbiyəsiz saydıqları “Charlie Hebdo”nun tirajı artdı

Fransanın ateist satirik jurnalı “Charlie Hebdo”nun bu həftə çıxmış axırıncı nömrəsinin tirajı 7 milyona qalxıb.

Anspress-in məlumatına görə, jurnalın rəhbərliyi bu tirajı apardıqları tələbat sorğusu əsasında müəyyən edib. Parisin bütün köşklərində "Bizdə "Charlie Hebdo" qalmayıb!" sözləri asılıb. Amma buna baxmayaraq, fransızlar və xaricilər köşklərə müraciət edərək jurnal üçün növbəyə düzülüblər.

Jurnalın redaksiyası əvvəlcə tirajı 1 milyona, daha sonra isə 3 milyona qaldırmağı planlaşdırırdı. Sonra ajiotajı görüb tirajı 5 milyon müəyyən etdilər. Yanvarın 14-də satışa çıxarılan jurnala tələbat çox olduğundan onu əlavə çap edərək tirajı 7 milyona qaldırıblar.

Yanvarın 7-9-da baş vermiş terror hadisəsinə qədər "Charlie Hebdo"nun cəmi 60 min tirajı vardı. Bu, Fransa üçün yetərincə aşağı tirajdır. Fransızlar onu səviyyəsiz saydıqlarına görə fikir vermirlərmiş. 17 nəfərin ölümü ilə nəticələnən terror jurnalın tirajını artırıb. Buna görə də, bir sıra şərhçilər terrorun sifarişli olduğunu düşünürlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319631.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR