Cəbhədə döyüş başlayarsa...

Cəbhədə döyüş başlayarsa...
18:16 17 Yanvar 2015
275 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan müdafi naziri Seyran Ohanyan yenidən daxili auditoriyaya hesablanımış açıqlama verib.

ANS PRESS-in məlumatına görə, Ohanyan bildirib ki, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində bu il gərginlik artarsa, erməni əsgərlər qarşı tərəfə layiqli cavab verəcək.

"Bizim ordumuz nizamlı ordudur", deyə nazir bildirib.

İndi bu açıqlamanı verən Ohanyan ötən ilin iyul-avqust aylarında erməni diversiya qrupu Azərbaycan Ordusunun mövqelərinə hücum edərkən xeyli itki verəndə nədənsə bir müddət kameralar qarşısına çıxmamışdı. Həmin vaxt cəbhədə döyüşlər gedəndə düşmən 50-dən çox hərbçisini itirmişdi. Xeyli yaralı var idi.

Bundan başqa ötən ilin son aylarında Ermənistan ordusu 15-ə yaxın əsgərini itirib. Onlardan bəziləri intihar edib, bəziləri isə əsgər yoldaşları tərəfindən öldürülüb.

Ağdamda Azərbaycan Silahlı Qüvvələri tərəfindən Mi-24 helikopterinin vurulması isə qarşı tərəfdə daha da ruh düşkünlüyü yaratdı. Ötən ilin dekabr ayında Ohanyan özü açıqlama vermişdi ki, 2014-cü ildə Ermənistan ordusu çox itki verdi. Bütün bunların hamısı ermənilərdə ruh düşkünlüyü yaradıb. Nazirin son açıqlaması da məhz daxili auditoriyaya hesablanıb.

"Seyran Ohanyanın ötən ilin sonunda verdiyi açıqlama: Ordumuz çox itki verdi"

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=320311

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR