Praqa, 17 yanvar, Pərvanə Qarayeva, AzərTAc
Tezliklə Praqanın Vatslav Havel aeroportunda müşahidə texnikasının təkmilləşdirilməsi çərçivəsində təhlükəsizlik sistemi işə salınacaq. Bu sistem sərnişinlərin sifətlərini avtomatik tanımağa da kömək edir. Çexiyanın maliyyə naziri Andrey Babiş yanvarın 19-da hökumətin iclasında yeni operativ texnikanın alınması barədə təklif irəli sürəcək.
Maliyyə və daxili işlər nazirlərinin bu niyyəti haqqında məlumat yayan “Ceska justice” serverinin yazdığına görə, insanları “üzdən tanıyan” texnikanın alınması 154 milyon krona başa gələcək.
Pərvanə Qarayeva
AzərTAc-ın xüsusi müxbiri
Praqa