Azərbaycan və Qazaxıstan TASİM-in sualtı seqmentinin tikintisi barədə razılığa gəliblər

Azərbaycan və Qazaxıstan TASİM-in sualtı seqmentinin tikintisi barədə razılığa gəliblər
18:38 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 17 yanvar, AzərTAc
Azərbaycan və Qazaxıstan Trans-Avrasiya Super İnformasiya Magistralının (TASİM) sualtı seqmentinin tikintisi barədə razılıq əldə ediblər.
AzərTAc xəbər verir ki, bu barədə jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.
Qeyd olunub ki, Qazaxıstan ilə müqavilənin ilin birinci yarısında imzalanacağı gözlənilir və artıq ilin sonuna kimi tikinti işlərinə başlamaq olar. Hazırda TASİM layihəsinə Rusiya (operator "Rostelekom"), Qazaxıstan ("KazTransKom"), Türkiyə ("TurkTelecom"), Çin ("ChinaTelecom") cəlb edilib. Azərbaycan layihədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi ilə təmsil olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_ve_Qazaxistan_TASIM_in_sualti_seqmentinin_tikintisi_barede_raziliga_gelibler-825563

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR