Azərbaycana son illər gələn miqrantların sayı artıb.
ANS TV-nın məlumatına görə, bu açıqlamanı Dövlət Miqrasıya Xidmətinin rəisi Firuddin Nəbiyev 2014-cü ilin yekunlariına həsr olunan müşavirədə deyib. Əcnəbilər üçün cəlbedici ölkəyə çevrilən Azərbaycana 2014-cü ildə 2 milyondan çox əcnəbi və vətəndaşlığı olmayan şəxs keçib.
Onlardan yalnız 3306 nəfərin ölkədə yaşaması leqallaşdırılıb. 27 min 689 nəfərin isə ölkə ərazisini tərk etməsi barədə qərar qəbul olunub. 6431 nəfər isə inzibati qaydada ölkə ərazisindən çıxarılıb.