Prodüser Təranə Səmədovanın keçmiş sevgilisi, müğənni Rəqsanə İsmayılova ilə yaşadığı qalmaqallarla gündəmə gələn Fərid Azayev həbs olunub. Lent.az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, ötən gün axşam saatlarında saxlanılan F. Azayevə qarşı ittiham da irəli sürülüb. O, zorlamada ittiham olunur.
Onun hazırda Bakı Şəhər Prokurorluğunda saxlanıldığı bildirilir.