Kabriolet Alfa Romeo - FOTO

Kabriolet Alfa Romeo - FOTO
19:27 17 Yanvar 2015
213 Maraqlı
Ölkə mətbuatı
A- A+

Alfa Romeo şirkəti Brera bazasında Spyder modelini istehsaldan çıxardıqdan sonra brendin model sırasında kabriolet olmayıb. Yumşaq damlı modelin ABŞ-da debüt etməsi təsadüfi deyil – Alfa Romeo Amerika bazarına çox ümid edir. Yeni model satışa bu ilin yayında çıxacaq. Onun dizaynı 4C kupenin dizaynından praktiki olaraq heç nə ilə fərqlənmir. Spider “Targa” tipli kuzovda yığılıb. Onun damı yumşaq materialdandır və çıxarıla bilir.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, Spider kapotu altında 240 at güclü əfsanəvi 1,75 TBI turbo mühərrik yer alıb. Onunla birgə iki birləşməli robot ötürücü qutu çalışır. İlk “yüzlüyə” yeni model 4,2 saniyədə sürətlənir. Maksimal sürət 250 km/saat həddində elektron məhdudlaşdırılıb.
 
Milli.Az







































Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/319400.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR