Sumqayıtda “Qladiator Debatları” başa çatıb

Sumqayıtda “Qladiator Debatları” başa çatıb
19:59 17 Yanvar 2015
115 Sosial
Ölkə mətbuatı
A- A+

 

 

Sumqayıt Dövlət Universitetində gerçəkləşdirilən “Qladiator Debatları” layihəsi başa çatıb.

 

Lent.az-ın xəbərinə görə, iki ay müddətində keçirilən layihədə Sumqayıt Dövlət Universitetinin II kurs tələbəsi Aynurə Fərhadova çempion olaraq kubok, medal və diplomla, birinci ən yaxşı natiq Orxan Sadiq, ikinci ən yaxşı natiq İbrahim Zeynallı, üçüncü ən yaxşı natiq Teyyub İskəndərov isə medal, diplom və sertifikatla təltif olunub.

 

Layihədə xüsusi əməyi keçən Pərvin Qocayeva, Elvin Gülməmmədov, Samir Aslan, Bəhruz Bayramov, Zaur Quliyev təşəkkürnamə ilə, digər tələbələr isə sertifikatla mükafatlandırılıb. Mükafatlandırılanlardan Dövlət İdarəçilik Akademiyasının tələbəsi Ağalar Ağalarlı ən yaxşı məşqçi medal və diplomuna layiq görülüb. O, “Qladiator Debatları”nın tələbələrə qazandırdığı müsbət keyfiyyətlərdən danışıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190672

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR