20 Yanvar xalqımızın tarixinin həm faciəli, həm də şərəfli səhifəsidir

20 Yanvar xalqımızın tarixinin həm faciəli, həm də şərəfli səhifəsidir
20:03 17 Yanvar 2015
107 Ölkə
Ölkə mətbuatı
A- A+


Tərtər, 17 yanvar, AzərTAc
1990-cı il yanvarın 20-si xalqımızın tarixinin həm faciəli, həm də şərəfli səhifəsi, hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Bu, 70 il Sovet İmperiyasının əsarətində yaşayan xalqımızın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda ayağa qalxdığı bir tarixdir.
AzərTAc xəbər verir ki, bu fikirlər Tərtər şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə səsləndirilib. Yeni Azərbaycan Partiyası rayon təşkilatı Gənclər Birliyinin üzvlərinin, fəal gənclərin iştirak etdikləri tədbirdə əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər 20 Yanvar faciəsinin səbəbləri, sovet imperiyasına rəhbərlik edən şəxslərin Azərbaycan xalqına qarşı məkrli siyasəti, xalqımızın düçar olduğu faciənin ağır nəticələrindən danışıb, hadisəyə siyasi-hüquqi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs ediblər. Bildirilib ki, faciədən bir gün sonra özünün və ailəsinin həyatı üçün təhlükələrə baxmayaraq, ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, doğma xalqının dərdinə şərik çıxıb, qanlı hadisəyə siyasi-hüquqi qiymət verilməsini tələb edib. Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu qanlı aksiya öz siyasi-hüquqi qiymətini alıb, hadisənin əsl mahiyyəti dünyaya çatdırılıb, Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə kompleksi ucaldılıb.
Çıxışlarda qəhrəman oğul və qızlarımızın Vətənin azadlığını canlarından əziz tutmasından danışılıb, şəhidlərimizin gənclərimiz üçün bir qəhrəmanlıq örnəyi olduğu və 20 Yanvar faciəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyi bildirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_xalqimizin_tarixinin_hem_facieli_hem_de_serefli_sehifesidir-825585

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR