Super Toyota Land Cruiser - FOTO

Super Toyota Land Cruiser - FOTO
20:05 17 Yanvar 2015
357 Maraqlı
Ölkə mətbuatı
A- A+

“Toyota Land Cruiser 200” tamamlanmasına çox diqqətlə yanaşmaq lazım olan yolsuzluq avtomobilərindən biridir. Lakin seriya avtomobillərinin dizaynı ilə təcrübə aparmağa adət etmiş “Rowen Japan” Yaponiya tüninq atelyesi bu böyük lüks avtomobilinin yeni obrazı ilə bizi təəccübləndirmək istədi.
 
Milli.Az auto.az-a istinadən bildirir ki, avtomobilin xarici görünüşünü kardinal surətdə dəyişmək üçün tünerlər banın aqressiv asmasını və yeni təkər dəsti hazırladılar. Bütün bunlar diodlu gün işıqları və səsli buraxılış sıstemi ilə tamamlanıb.
 
Yeni staylinq-kit özünə yeni bamper, yanlarda ayaqaltılar, arxa bamperdə diffuzor və beşinci qapının əlavə aşağı spoylerini daxil edir. Daha sonra xırda detallar, Yaponiya istehsalçısının yeni emblemi, pəncərələrdə deflektorlar və Rowen isimliyi quraşdırılıb.
 
Həm qabaq, həm də arxa bamperdə əlavə diodlu komponentlər meydana gəlib. Yolsuzluq avtomobilinin fərdi idman üslubunu yanlardan ensiz zolaqlar, Nitto şinləri geymiş Work təkər diskləri və daha alçaq səslə daha güclü V8 mühərriki təmin edən PREMIUM01S qazçıxma sisteminin dörd oval borusu nəzərə çarpdırır.
 
Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/319389.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR