Rusiyalı analitik: “Ermənistan Xocalı qatillərini Azərbaycana təslim etmədikcə..."

Rusiyalı analitik: “Ermənistan Xocalı qatillərini Azərbaycana təslim etmədikcə..."
20:22 17 Yanvar 2015
99 Dünya
Ölkə mətbuatı
A- A+

“Ermənistan qanunları rus hərbçilərinə Yaponiya qanunlarının Okinava adasındakı ABŞ hərbçilərinə aid olunduğu qədər aidiyyəti var”.
 
Milli.Az APA-ya istinadən bildirir ki, bunu məşhur rusiyalı siyasi analitik Oleq Kuznetsov Vesti.az portalına müsahibəsində deyib.
 
O, Gümrüdə bir ailənin 6 üzvünü qətlə yetirən rusiyalı əsgər Valeri Permyakovun bağışlanmaz cinayət törətdiyini inkar etməyib: “Ona görə də Ermənistan ictimaiyyətinin etirazları heç bir səmərə verməyəcək və mitinqdə plakat qaldırmaqdan o yana keçməyəcək”.
 
O.Kuznetsov V.Permyakovun hazırda Rusiya hərbi ədliyyəsinin əlində olduğunu nəzərə çatdırıb: “Bir müddət sonra onu ömürlük həbs cəzasını çəkmək üçün Komi Respublikasına və ya Arxangelsk vilayətinə göndərəcəklər. Orada isə “qisas” almaq və ya “haqq-hesab” çəkmək problemli olacaq”.
 
Siyasi analitik Ermənistan müxalifətinə xəbərdarlıq etməyi də unutmayıb: “Hazırkı millətçi müxalifət sıralarından kimsə bazanı mühasirəyə almağa cəhd etsə, o zaman onlara 1989-cu ilin payızında baş verən hadisələri xatırlatmaq istəyirəm. Həmin vaxt “Krunk” hərəkatının yaraqlıları Ermənistan SSR DTK-nın binasını mühasirəyə almağa cəhd etmişdilər. Ermənistanın bütün siyasi elitası o hadisələri yaxşı xatırlayır. Hətta indi qadın və uşaqları zirehli texnikanın təkərləri altından çəkməyə də imkan tapa bilməzlər”.
 
O.Kuznetsov müsahibəsində ermənilərin Xocalıda törətdiyi qətliamı da xatırladıb: “Gümrüdə rus hərbçisi körpə uşağa da rəhm etmədən bir ailəni qətlə yetirib. Məgər eyni şeyi 1992-ci ilin fevralında Dağlıq Qarabağdakı erməni separatçıları azərbaycanlılara qarşı törətməmişdi? Gümrüdə baş verən qətldən sonra bu gün Ermənistanın yaşadığı şoku Azərbaycan Xocalı faciəsindən sonra yaşamışdı. Ona görə də Ermənistan Xocalıda dinc sakinlərin qətlində günahkar olan cinayətkarları Azərbaycana təslim etmədikcə, Permyakovun İrəvana təhvil verilməsini tələb etməyə heç bir mənəvi haqqı yoxdur. Belə demək olarsa, Dağlıq Qarabağ münaqişəsi zamanı dinc əhaliyə qarşı tətbiq etdiyi zorakılıq bumeranqını bu gün Gümrüdə geri aldı”.
 
Analitikin fikrincə, bu gün Rusiyanın Gümrüdəki hərbi bazası Ermənistanın mövcudluğunun yeganə qarantıdır: “Rusiya hərbi bazasının və sərhədçilərinin Türkiyə ilə sərhəddən çəkilməsi Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətraf rayonlar üzərində Azərbaycanın dərhal nəzarətini bərpa etməsi deməkdir. Çünki Rusiyanın hərbi-texniki dəstəyi olmadan Ermənistan hərbi əməliyyatlara heç bir ay da duruş gətirə bilməz. Eyni zamanda Serj Sarkisyanın Qarabağ klanı onu sevməyən İrəvan siyasətçiləri ilə üzbəüz qalar və nəinki bir neçə aydan, hətta bir neçə həftədən sonra hakimiyyətdən məhrum olar”.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/51256.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR