“İstedad Mərkəzi”nin şagirdləri 20 Yanvar faciəsini həzin musiqi ilə yad ediblər

20:33 17 Yanvar 2015
96 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 17 yanvar, AzərTAc
Yanvarın 17-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AzərTAc xəbər verir ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında təşkil edilən tədbirdə idarənin rəisi Əlikram Əliyev 20 Yanvar hadisələri haqqında danışıb. Bildirib ki, Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşayıb. Həmin gün ləyaqətini qorumaq üçün qurban verməyə hazır olan xalqın tarixində şərəfli səhifədir. Faciənin törədilməsindən 25 il keçməsinə baxmayaraq bu gün də Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban edən şəhidlərimizin qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla əziz tutur.
Sonra Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin şagirdlərindən ibarət “İstedad Mərkəzi”nin təqdimatında yerli və xarici bəstəkarların əsərləri səsləndirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Istedad_Merkezinin_sagirdleri_20_Yanvar_faciesini_hezin_musiqi_ile_yad_edibler-825592

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR