Döyüşlər gedir: yaralılar var

Döyüşlər gedir: yaralılar var
21:26 17 Yanvar 2015
137 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın şərqində şiddətli döyüşlər yenidən başlayıb.

ANS PRESS-in məlumatına görə, Luqanskda separatçılar ordu qüvvələrini "Qrad"larla atəşə tutublar. Qızğın döyüşlər Krasnoqorovka, Avdiyevka, Peski, Trexizbenka və Nijnie Luqansk vilayətlərində gedir.

Döyüşlər nəticəsində yaşayış məntəqələrinə də mərmilər düşüb. Dinc sakinlər arasında xeyli sayda yaralıların olduğu bildirilir. Bir nəfər isə həyatını itirib. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Donetsk aeroportunda da qızğın döyüşlər gedir. Separatçılar aeroportu ələ keçirməyə çalışırlar. Ordu qüvvələri müqavimət göstərir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320315

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR